Prezident İlham Əliyev Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.
SİA-nın xəbərinə görə, dövlətimizin başçısına məlumat verildi ki, 2001-ci ildə istifadəyə verilən parkda ötən ilin dekabr ayından yenidənqurma işlərinə başlanılıb. Bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev adına Parkın giriş qapısı 10 sütundan ibarətdir. Giriş qapısının hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metrdir. Parkın girişində 25 metr hündülükdə bayraq dirəyi ucaldılıb.
Bildirildi ki, burada Heydər Əliyev İctimai Mərkəzi də fəaliyyət göstərəcəkdir. Mərkəzin iki mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində foye, xarici dil mərkəzi, konfrans zalı, audio-vizual, multimedia mərkəzləri, fotostudiya, istirahət və əyləncə mərkəzi, ikinci mərtəbədə isə kompyuter otağı, kitabxana və mətbuat mərkəzi, muzey, şahmat klubu və s. yerləşəcəkdir.
Parkda müxtəlif tədbirlər keçirmək üçün açıq meydança və fəvvarə tikilir. Həmçinin burada "Ana və uşaq" kafesi, istirahət köşkləri, uşaq əyləncə meydançası, əlil uşaqların reabilitasiyası mərkəzi inşa olunacaqdır. Parkın ərazisinə Almaniya istehsalı olan tamet döşənəcək, burada yaşıllıqlar salınacaqdır.
Prezident İlham Əliyev parkın eskiz layihəsinə, yenidənqurmadan sonrakı görünüşünü əks etdirən şəkillərə baxdı, müvafiq tapşırıq və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



