Rövşən Rzayev: \" Azərbaycan belə qanunun qəbuluna hələ hazır deyil\"-AÇIQLAMA
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər Komitəsində \"Səsvermə hüququ üçün yaş həddinin 18-dən 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi\" məsələsinin serbiyalı deputat tərəfindən qaldırılması beynəlxalq aləmlə yanaşı, Azərbaycanda da müxtəlif müzakirələrə səbəb olub. Belə ki, sözügedən məsələyə müxtəlif prizmalardan yanaşan siyasi ekspertlər öz fikirləri ilə müəyyən və maraqlı məqamlara toxunmaqdadırlar. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovun qənaətinə görə, seçkilərə yaşlı nəslin marağı getdikcə azalır və gənclərin səsverməyə daha çox cəlb olunması istiqamətində addımlar atılması tövsiyyə edilir.
Digər millət
vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, belə bir qanunun
Azərbaycanda qəbulu yolverilməzdir. Məsələn, o qeyd edib ki, hazırda qonşu
İranda seçicilərin yaş həddi 14 yaşından müəyyənləşdirilib: \"Lakin bu o
demək deyil ki, İranda sırf demokratiya mövcuddur\". Politoloqun fikrincə,
qonşu dövlətdəki bu mövcudluq demokratiya deyil, sadəcə dini və digər siyasi
ambisiyalara hesablanmış yaş həddidir.
Xatırladaq
ki, seçkilərdə iştirak üçün yaş həddinin 16 yaşadək azaldılması istiqamətində
Avropa məkanında yalnız Avstriya xüsusi təşəbbüs göstərib.
Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin SİA-ya
verdiyi açıqlamasına görə, Azərbaycanda bunu reallaşdırmaq düzgün olmazdı və
ölkəmizdə bunu tətbiq etməyin zamanı çatmayıb: \"Çünki Azərbaycan ilk
növbədə belə qanunun qəbuluna hələ hazır deyil və Azərbaycandan fərqli olaraq,
Avstriyanın torpaqları işğala, təcavüzə məruz qalmayıb.\"
Rövşən Rzayev
onu da əlavə edib
ki, Avstriyada mövcud olan demokratiyanı Azərbaycan demokratiyası ilə
eyniləşdirmək düzgün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB