Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantların növbəti buraxılış mərasimi keçirilib
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantların növbəti buraxılış mərasimi keçirilib. SİA-nın \"Azərtac\"a istinadən verdiyi məlumata görə, müdafiə naziri Səfər Əbiyev məzun və onların valideynlərinə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıraraq mərasimi açıq elan edib.
Ali Hərbi Məktəbin 11-ci buraxılışında çıxış edən nazir günü-gündən güclənən Azərbaycan ordusunda maddi-texniki təminat və peşəkarlıq səviyyəsinin artdığını diqqətə çatdırıb: \"Ölkə siyasətinin əsasını təşkil edən ordu quruculuğuna böyük vəsait ayrılır. Dövlət qayğısı sayəsində hərbçilərin vəzifə maaşları 10-25 faiz artırılıb. Azərbaycan ordusunda Qərb strategiyasının tətbiq edilməsi məqsədi ilə Ali Hərbi Məktəbdə müdafiə strategiyası və planlaşdırması kimi ixtisaslar yaradılıb\".
Səfər Əbiyev zabitlərimizin NATO-nun təlimlərinə uğurla qatıldığını vurğulayaraq, ordu sıralarına daxil olan gənc hərbiçilərə zabit adını vüqarla daşımağı arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB