ABŞ Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirdiyi görüşün nəticələrindən məyusdur. SİA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bildirib: "Bildiyiniz kimi, Ermənistan və Azərbaycan prezidentləri Kazan görüşündə baza prinsiplərinə dair razılığa gələ bilmədilər. Lakin prezident Medvedevlə birgə bəyanatında onlar qeyd ediblər ki, bir sıra məsələlərə dair anlaşmanı təkmilləşdiriblər, baza prinsipləri üzərində işi davam etdirməyə və gələcəkdə yenə görüşməyə razılaşıblar. Lakin mən deyərdim ki, bu məyusedicidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB