Araz Əzimov: “ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması texniki problemlərlə bağlı idi” - AÇIQLAMA
"ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması texniki problemlərlə bağlı idi". Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov keçirdiyi brinfiqdə deyib. verib. O, qeyd edib ki, bu yaxınlarda Azərbaycanda ABŞ hərbçilərinin iştirakı ilə böyük miqyaslı təlim keçiriləcək: "Bu təlimlərin yaxın zamanlarda keçirilməsi mümkündür. Eyni zamanda hər iki tərəfin birgə əməkdaşlığı davam etdirməsi göstəricisi kimi sizə deyim ki, yaxın zamanda bir neçə böyük miqyaslı təlimlər keçiriləcək və burada ABŞ və Azərbaycan hərbçiləri iştirak edəcəklər. Belə təlimlərin biri Azərbaycanda, digəri xarici ölkələrin birində keçiriləcək".
ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisiEndryu Şapiro isə qeyd edib ki, ABŞ Azərbaycan ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir və tərəflər bunun üçün böyük potensiala malikdirlər. O, əməkdaşlığın potensial sahələri arasında enerji infrastrukturlarının təhlükəsizliyini və terrorizmlə mübarizəni qeyd edib: "Bugünkü görüşlər enerji infrastrukturlarının təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinə yardım edəcək. Görüşlər çərçivəsində habelə Azərbaycanın Əfqanıstan kampaniyasındakı iştirakının davam etdirilməsi, əməkdaşlığın digər sahələri müzakirə olunub. ABŞ iki ölkənin ikitərəfli əməkdaşlığının davam etdirilməsi üçün imkanlar axtarır. Biz təxirə salınan hərbi təlimlərə baxmayaraq, strateji əməkdaşlığımızı yüksək qiymətləndiririk\".
O, həmçinin Azərbaycanın beynəlxalq koalisiyanın Əfqanıstandakı hərbi əməliyyatları çərçivəsində ABŞ-a dəstək verdiyini yüksək qiymətləndirib: "ABŞ qarşılıqlı maraq doğuran məsələlərdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Qeyd edək ki, bu il ABŞ-Azərbaycan birgə hərbi təlimləri növbəti dəfə təxirə salınıb. 15-25 may tarixlərində "Regional cavab-2011" adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB