Bu gün Milli Məclisin yaz sessiyasının növbədənkənar iclası keçirilib
İclasda ilk olaraq "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa əlavələr və dəyişikliklər ikinci oxunuşda qəbul olunub. SİA-nın xəbərinə görə, dəyişikliklərdə informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi öz əksini tapıb.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsi barədə məlumat verən millət vəkili Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsi ikinci oxunuşdan sonra Milli Məclisin komitələrində ətraflı müzakirə olunub: "Millət vəkillərinin qaldırdığı bütün məsələlərə müvafiq icra strukturu münasibət bildirib və həmin məsələlərin əksəriyyəti yeni məcəllədə öz əksini tapıb. Qanun layihəsinin üçüncü oxunuşu zamanı Avropa İttifaqından, BMT-nin Gömrük Komitəsindən, Dünya Bankından, ATƏT-dən, Avrasiya Əməkdaşlıq Fondundan, Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasından və bir sıra nüfuzlu qeyri hökumət təşkilatlarından nümayəndələrin iştirakı ilə komitələrdə Gömrük Məcəlləsi müzakirə edilib. Birmənalı şəkildə demək olar ki, təsdiq olunan Gömrük Məcəlləsində ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə, ölkədə aparılan uğurlu beynəlxalq siyasətin daha da təkmilləşməsinə, Azərbaycanın digər xarici ölkələrlə iqtisadi əməkdaşlığında, milli maraqların gözlənilməsində, qaçaqmalçılıq, insan alverinə qarşı mübarizə, əqli mülkiyyətin qorunması kimi məsələlərin həllinə müəyyən töhfələr nəzərdə tutulub".
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda "İcbari sığortalar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi ilə bağlı məlumat verən deputat Çingiz Əsəddulayev bildirib ki, üçüncü oxunuş üçün təqdim olunan qanun layihəsi əsaslı şəkildə təkmilləşib. Çoxsaylı düzəliş və əlavələr olunub. Qanun layihəsində ən çox narahat doğuran məsələ aztəminatlı, sosial yardım alan insanların icbari sığortaya cəlb edilməsi öz həllini tapıb və bu məqsədlə dövlət büdcəsində əhalinin bu təbəqəsinə əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Qnun layihəsinə ilkin variantı ilə müqayisədə 4 yeni maddə əlavə olunub, bölmələr təkmilləşib.
"İcbari sığortalar haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Daha sonra \"Bələdiyyələrin əraziləri və torpaqları haqqında\" qanununa əlavə edilmiş \"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı\"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihə, \"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında\" qanununa dəyişikliklər edilməsi barədə, \"Əhalinin sağlamlığının qorunması haqqında\" qanununa dəyişiklik edilməsi barədə, \"İnformasiya əldə etmək haqqında\" qanununa dəyişiklik edilməsi barədə, \"İcra haqqında\" qanununa dəyişikliklər edilməsi barədə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında, Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri qəbul olunub.
İclasda \"Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında qanun layihəsi qəbul edilib.
Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də müzakirələrdən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



