Aydın Mirzəzadə: "Bütün ümidiləri Kazan görüşünə bağlamağın özü də düzgün olmazdı" - MÜNASİBƏT

Aydın Mirzəzadə: "Bütün ümidiləri Kazan görüşünə bağlamağın özü də düzgün olmazdı" - MÜNASİBƏT

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi


- Aydın müllim, bilirsiniz ki, artıq Kazan görüşünə çox az vaxt qalıb və burada mühüm nəticələrin əldə olunacağı bildirilir. Sizin qənaətinizcə görüşdə tərəflərin hansısa konkret razılıq üzrə kopromisə gəlməsi mümkündürmü?

- Bu görüşdən müəyyən gözləntilər var. Əvvəlki görüşlərdən fərqli olaraq bu görüşə hazırlıq çox ciddi gedir. Xarici işlər nazirlərinin iki həftə əvvəlki görüşündə müəyyən məsələlərdə ümumi razılığa gəlindiyi bildirilir. Eyni zamanda həmsədr dövlətlər də bu məsələyə artıq ciddi yanaşmağa başlayıblar. Qeyd edim ki, hər görüş istər-istəməz irəliyə doğru bir addımdır. Görüşün nəticəsinin olmaması dövlətlərin mənafeyinə zərbədir. Ancaq Azərbaycandan çox bu zərbə Ermənistana dəymiş olur. Çünki bu münaqişə həll olmaması şəraitindlə Ermənistan iqtisadiyatı iflic olur və o ölkə olaraq regional layihələrdən kənarda qalır. Eyni zamanda Ermənistan əhalisi bu gərgin vəziyyətə dözməyərək, kütləvi sürətdə həmin torpaqdan köçüb gedir. Ona görə də, artıq situasiya Ermənistanı azacıq da olsa obyektivlik göstərməyə məcbur edir. Məhz bu səbəbdən də, Kazan görüşündən müəyyən gözləntilər var. Amma bütün ümidiləri də bu görüşə bağlamağın özü də düzgün olmazdı.


- Prezident İlham Əliyevin Joze Manuel Borroza ilə görüşündə müəyyən məsələlər müzakirə olunub. Sizcə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf tendensiyası hansı xətt üzrə müşahidə olunacaq?

- Bu görüş demək olar ki, hər iki tərəf üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycan Avropa ilə əməkdaşlıqda, Avropa dəyərlərinin ölkəmizdə oturuşmasında, qarşılıqlə şəkildə layihələrəin həyata keçirilməsində maraqlıdır. Eyni zamanda iqtisai cəhətdən inkişaf edən və dünya birliyində artıq layiqli yer tutan Azərbaycan da, Avropa birliyi üçün çox ciddi bir əməkdaşlıq mərkəzinə çevrilibdir. Azərbaycanın regionda geosiyasi vəziyyəti kifayət qədər əlverişlidir. Azərbaycanın qazandığı uğurlar onun mövqeyini dünya birliyində möhkəm edir. beləlikolə də, Avropa Birliyi də Azərbaycana ciddi əhəmiyyət verməyə başlayır. J.M.Barrozonun Azərbaycana ötən ilki səfəri və Prezident İlham Əliyevin Brusselə səfəri də, onu göstərir ki, artıq tərəflər tez-tez, daha əhatəli məsələləri müzakirə etməklə görüşmək niyyətindədirlər. Tərəflər arasında müzakirə olunan məsələlərin müzakirəsi isə bir daha göstərir ki, bu gün birgə müzakirə olunan məsələlərin sayı həddən artıqdır. Enerji və regionun təhlükəsizliyi məsələləri, bu Azərbaycanın artıq Avropaya inteqirasiyasının daha effektli variantların nəzərdə keçirilməsidir. Onu da qeyd edim ki, Avropa Birliyi iqtisadi bir təşkilatdır. O bir qayda olaraq dövlətlər arası münaqişələrə qarışmır. Ancaq Dağlıq Qarabağ məsələsinə onun marağı göstərir ki, AB-i öz xarici siyasətinə müəyyən yeni prioritetlər əlavə etməyə başlayıb. Bu prioritetlər ilk növbədə Azərbaycanla bağlıdır. Məhz bütün bunlar isə onu göstərir ki, AB-yi Dağlıq Qarabağ probleminin həll edilməsinə maraqlıdır. Eyni zamanda biz AV-nin Azərbaycanla münasibətlərə çox ciddi yanaşdığının da şahidi oluruq.


Tapdıq Qurbanlı


Bütün xəbərlər Facebook səhifəmizdə