ABŞ Dövlət Departamenti: “Kazan görüşü tərəflərə münaqişənin sülh yolu ilə həllinə imkan yaradacaq”

ABŞ Dövlət Departamenti: “Kazan görüşü tərəflərə münaqişənin sülh yolu ilə həllinə imkan yaradacaq”

İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli görüşü tərəflərə münaqişənin sülh yolu ilə nizamlanmasında imkan yaradacaq. SİA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner deyib.

Eyni zamanda o, bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müəyyən imkan var və tərəflər bu imkandan istifadə etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə