BMT Baş Assambleyasının sədri müsəlman oldu

BMT Baş Assambleyasının sədri müsəlman oldu

İyunun 22-də BMT Baş Assambleyası 66-cı sessiyanın sədrini seçib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, sədr postuna Asiya ölkələri qrupunun namizədi, Qətərin BMT yanında daimi nümayəndəsi Nasir Əbdüləziz ən-Naser seçilib. Qeyd edək ki, 57 yaşlı Nassir Əbdüləziz əl-Nasser bundan öncə Qətərin BMT-dəki səfiri olub. Nassir Əbdüləziz əl-Nasser bundan sonra isveçrəli Yozef Dayssı əvəz edəcək.

Sədr çıxışı zamanı qeyd edib ki, qarşıdan gələn sessiya ərzində mübahisəli məsələlərin sülh yolu ilə nizamlanmasında vasitəçiliyin roluna həsr olunmuş yüksək səviyyəli debatlar keçirmək niyyətindədir: "Mənim cəhdlərim hərbi münaqişələrə, xalqların öz müqəddəratını təyinetməsinə, aclığa, kasıblığa, terrorçuluğa, iqlim dəyişikliyinə, qlobal iqtisadi və maliyyə böhranına, təbii fəlakətlərə humanitar reaksiyalara dair konsensusun əldə olunmasına yönələcək".

Qeyd edək ki, sessiya sentyabrın 13-də işə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə