Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: \"Milli bayramınız – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Lüksemburq münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına sülh və firavanlıq arzulayıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə