Rusiya baş nazirinin müavini Sergey İvanov Kareliyada baş verən və 44 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən aviaqəzanın ilkin səbəbini açıqlayıb.
SİA-nın məlumatına görə, S.İvanov Petrozavodsk səmasında
baş verən qəzaya pilotun səhvinin səbəb olduğunu bildirib.
Onun
sözlərinə görə, ilkin ehtimal belədir ki, pilotun uçuş zolağından sağa çıxması
nəticəsində qəza meydana gəlib. S.İvanov bu qəza ilə 10 aprel 2010-cu ildə
Smolenskdə baş verən və prezident Lex Kaçinskinin başçılıq etdiyi Polşa
nümayəndə heyətinin ölümü ilə nəticələnən aviaqəzanı müqayisə edib: "Hər iki
halda eniş dispetçerlərin xəbərdarlığına baxmayaraq pis hava şəraitində
gerçəkləşib".
Qeyd edək ki, iyunun 20-də baş verən aviaqəza nəticəsində
yaralanmış 8 nəfər xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB