İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib

İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə başsağlığı məktubu göndərib.SİA-nın məlumatına görə, başsağlığında deyilir: "Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə