Bayram Səfərov: \"Övladlarınıza yazığınız gəlsin\"

Bayram Səfərov: \"Övladlarınıza yazığınız gəlsin\"

Dağlıq Qarabağın azərbaycanlı icması prezidentlərin Kazan görüşündən müsbət nəticə gözləyir. SİA-nın məlumatına görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycanda gedən inkişafı görür və bundan bəhrələnməyi düşünürlər: "Biz öz torpaqlarımıza darıxdığımız qədər oradakı sadə ermənilər də bizim ora qayıtmağımız üçün darıxırlar. Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış ermənilər və onların övladları Azərbaycan vətəndaşlarıdır. Dövlət onları vətəndaşlıq qeydiyyatından çıxarmayıb və istəsələr, Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ala bilərlər. Onlara verilən digər şəxsiyyət vəsiqələri saxtadır. Bu bölgədə yaşayanlar yalnız Azərbaycan vətəndaşı kimi Azərbaycanın pasportunu daşıya bilərlər".

B. Səfərov eyni zamanda vaxtilə Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərini prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləməyə çağırıb: "Mən onlara çağırış edirəm: bu zülmdən özünüzü qurtarın. Övladlarınıza yazığınız gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə