Səfər Alışarlı: \"Ötən il 10-a yaxın QHT xarici donorlardan 3 milyon dollara yaxın qrant alıb\" - MÜSAHİBƏ (SəsTV)

Səfər Alışarlı: \"Ötən il 10-a yaxın QHT xarici donorlardan 3 milyon dollara yaxın qrant alıb\" - MÜSAHİBƏ (SəsTV)

Azərbaycan Respublikası Prezidenti yanında (QHT) Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlının SƏS TV-yə müsahibəsi



- Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən vətəndaş institutlarında yaradılan şəraitdən sui-istifadə hallarına rast gəlinirmi və buna sizin münasibətiniz necədir?


- Azərbaycanda bir sıra beynəlxalq təşkilatlar fəaliyyət göstərir və onlar konkret olaraq ayrı-ayrı dövlətlərə məxsusudurlar. Azərbaycan dövlət müstəqillik qazanandan sonra həmin təşkilatların bir çoxunun ofisləri burdadır və əksəriyyəti xüsusi işlə məşğuldur. Çalışırlar ki, Azərbaycan cəmiyyəti üçün bacardıqları xidməti göstərsinlər. Onların arasında müxtəlif şəxsi məqsədlər üçün çalışanlar, konkret olaraq Azərbaycana o qədər də xeyri olmayan təşkilatlar da olub. Bunların fəaliyyəti ya vaxtaşırı ciddi tənqidə məruz qalıb, ya da dövlət tərəfindən onlara xəbərdarlıqlar edilib. Ya onalar öz fəaliyyətlərində müəyyən düzəlişlər ediblər, ya da bəzi bir sıra təşkilatlar kimi Azərbaycanı tərk edib gediblər. Bununla belə bu gün bu fəaliyyət müxtəlif istiqamətlərdə davam edir və bunaların bəziləri beynəlxalq donor qismində çıxış edir. Azərbaycanın bir sıra QHT-ləri onlarla əməkdaşlıq edir və onlardan maliyyə dəstəyi alır, həyata keçirdiyi layihə və planlarda iştirak edirlər.



- Milli Demokratiya İnstitutunun qeydiyyat məsələsi ətrafında gəzən söz-söhbətləri bəzi xarici qurumlar niyə belə şişirdirlər?


- Ümumiyyətlə, Demokratiya İnstitutu Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərir və onların Azərbaycandakı fəaliyyətinin leqallaşdıran qeydiyyat məsələsi ilə bağlı müəyyən söz-söhbət var. Bu yaxınlarda onların Vaşinqton ofisindən gəlmiş Avrasiya proqramlar üzrə regional direktoru Laura Jvet, ölkə direktoru Aleks Qreqoryev və Mark İkyoviç proqram meneceri bizim Şurada hörmətli sədrimiz Azər Quliyevlə görüşdülər. Orada yerli və beynəlxalq QHT-lərin əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı, o cümlədən Milli Demokratiya İnstitutnun qeydiyyatı məsələsinə toxunuldu. Azər müəllim qeyd etdi ki, Milli Demokratiya İnstitutu Azərbaycanda 16 il qeydiyyatsız fəaliyyət göstərib və təbii ki, bu, Azərbaycan hökümətinin bu təşkilata göstərdiyi güzəştli yanaşmadır. Eyni zamanda 16 illik qeydiyyatsız fəaliyyətdən sonra qeydiyyat məsələsinin gündəmə gəlməsi heç bir siyasi yozuma sığmır. Burda yalnız texniki məsələ var ki, başqa xarici ölkələrdə olduğu kimi Azərbaycan da rəsmi qeydiyyat məsələsi həll olunsun və bunun üçün Ədliyyə Nazirliyinə müraciət edilsin. Həmçinin qeyd olundu ki, Ədliyyə Nazirliyində xarici təşkilatların qeydiyyata alınması prosedurları son illər xeyli sadələşdirilib və sadə sənədin təqdim olunması ilə bu məsələləri həll etmək mümkündür. Bundan başqa Milli Demokratiya İnstitutu fəaliyyətinin aspektlərinə heç bir ciddi təftiş hiss olunmur. Azərbaycan höküməti ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların və eləcə də xarici QHT-lərin fəaliyyətindən xəbərdar olmaq istəyir. Onların yerinə yetirdiyi proqram və layihələrin məğzindən xəbər tutmaq istəyir ki, özünün höküməti daxili donor vasitəsilə maliyyələşdirdiyi layihə və proqramlarda təkrarçılığa yol verilməsin. Çünki bizim qaçqın və köçkün məsələləri ilə bağlı demokratiyanın dərinləşdirilməsi məsələsi ilə bağlı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi məsələləri ilə bağlı bir çox beynəlxalq təşkilatlar vasitəsilə proqramlar həyat keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yannında QHT-lərə Dövlət Dəstəyi Şurası milli donor olaraq bu prioritet istiqamətlərdə özünün maliyyələşdirdiyi layihə və proqramlar var. Bu görüşdə bildirildi ki, onlar artıq Ədliyyə Nazirliyinə müvaffiq sənədləri təqdim ediblər. Amma burada Ədliyyə Nazirliyinə müraciətlə bərabər Azərbaycan höküməti və xarici QHT-lərlə də saziş imzalamaq tələb olunur. Sədr Azay Quliyev görüşdə bildirdi ki, bu sənədlərin hazırlanması ilə bağlı hər hansı bir köməyə ehtiyac olsa, Şura Milli Demokratiya İnstitutuna da texniki yardım göstərə bilər.

- Bəzi siyasi partiyalar QHT-lər vasitəsilə xarici ölkələrdən maliyyə yardımı alır. Bu cür nöqsanların aradan qaldırılmasına niyə bu dərəcədə reaksiyalar verilir?


- Burada müəyyən QHT var ki, onlar konkret olaraq xarici donorlarla daha fəal əməkdaşlıq edirlər. Keçən il Şuranın apardığı araşdıimalar nəticəsində məlum oldu ki, 10-a yaxın QHT xarici donorlardan 3 milyon dollara yaxın qrant alıb. Azərbaycanda bu sahədə tələb olunan prinsiplərdən biri də ondan ibarətdir ki, fəaliyyət şəffaf olmalıdır. Burada alınan və xərclənən və eyni zamanda yerinə yetirilən tədbirlər hamişə içtimayyətə açıq olmalıdır. Içtimayyət, həmçinin istənilən mediya nümayəndəsi və ya digər vergi orqanları bu fəaliyyətdən istədikləri vaxt, istədikləri məlumatı almağa qadir olmalıdırlar. Təəssüf ki, bir çox təşkilatların fəalyyətində şəffaflıq hələ də kifayət qədər deyil, bir çox donorlar xüsusi ilə xarici donorlar maliyyələşdirdikləri təşkilatlar haqqında heç bir məlumat vermir, kimə nə qədər maliyyə vəsaiti ayırdığı haqqında içtimayyətə hesabat vermirlər. Yalnız saytlarından köhnə məlumatları əldə etmək olar. Onlardan fərqli olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurası hər il maliyyələşdirdiyi bütün layihələr haqqında içtimayyətə məlumat verir, bu siyahıları çap edir, layihələrin və təşkilatların onların rəhbərlərinin adını yazır verdiyi məbləği göstərir. Eyni zamanda görülən işin və yerinə yetirilmiş fəaliyyət haqqında hesabatla da hər bir mediya nümayəndəsi tanış olmaq imkanına malikdir.


- Nazirlər Kabineti QHT-lərin auditor problemini aradan qaldırdı. Bu təbii ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının böyük zəhməti ilə mümkün oldu. Bununla bağlı nə deyə bilərsiniz?


- Çox mühüm bir məsələyə toxundunuz. Məcburi audit məsələsi bu ilin əvvəllərindən başlayaraq QHT-lərin gündəmində duran aktual məsələdir. Bununla bağlı çoxsaylı müzakirələr getdi. QHT sektoru müxtəlif fikirlər irəli sürdü. Biz Şura olaraq bu müzakirələrin təşkilində fəal iştirak etdik, həm də səslənmiş fikir və təkliflərin Azərbaycan hökümətinə çatdırılmasında müəyyən işlər gördük. Milli Məclisdə qanunda dəyişikliklərin aparılması ilə bağlı müzakirələrdə bir sıra deputatlar da fəal iştirak etdilər. Onlar audit məsələsinə xüsusilə də, QHT sektorunda məcburi audit məsələsinə səthi yanaşmanın tərəfdarı olmadıqlarını bildirdilər. Burda bir sıra ciddi səbəblər mövcuddur. Bunlardan biri ondan ibarətdir ki, xarici təcrübəyə istinad etsək görərik ki, bir bir çox xarici dövlətlərdə QHT-lər məcburi auditdən keçir, belə ki, xarici donor QHT layihə fəaliyyəti üçün ayırdığı məbləğin içində ayrıca audit üçün məbləğ nəzərdə tutur. Bizdə isə hələlik bu məbləği QHT-lərə vermək imkanımız olmadığına görə, bu verilmir.


Bütün xəbərlər Facebook səhifəmizdə