Bu gün, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Səfir Xəzər İbrahim NATO-nun Baş Katibi Anders Foq Rasmussen tərəfindən qəbul edilin. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, NATO-nun Baş Katibi Azərbaycanın NATO ilə güclü tərəfdaşlığını, xüsusən də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfəsini təqdir edib.
Səfir Xəzər İbrahim Azərbaycanın Alyans ilə uzun və səmərəli əməkdaşlıq tarixini vurğulamış və Əfqanıstan üçün zəruri olan təlim imkanlarının təqdim edilməsi üzrə son dövrdəki səyləri qeyd edib. Səfir həmçinin regional məsələlər üzrə qiymətləndirməsini Baş Katibə çatdırıb.
Baş Katib Rasmussen NATO-nun Azərbaycan ilə tərəfdaşlığının daha da inkişafını arzuladığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB