DİN: ““Müxalifətin şəhər icra hakimiyyəti ilə razılaşdırmadığı istənilən aksiyasının qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”
"Müxalifətin şəhər icra hakimiyyəti ilə razılaşdırmadığı istənilən aksiyasının qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq". Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə SİA-ya açıqlamasında bildirib ki, əgər şəhər icra hakimiyyəti müxalifətin istədiyi "Nərimanov" kinoteatrının qarşısında mitinq keçirilməsinə icazə vermirsə və əvəzində, digər yerlərdə aksiya keçirilməsinə icazə verirsə, müxalifət bu qərara riayət etməlidir: "Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiyanın qarşısı polis tərəfindən qətiyyətlə alınacaq"-deyə o, əlavə edib.
Orxan Mansurzadə həmçinin Bakıda ABŞ və Böyük Britaniya vətəndaşlarının döyülməsi ilə bağlı istintaqın gedişatına da toxunub: "Ötən gün Bakıda Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin naməlum şəxslər tərəfindən döyülməsi ilə bağlı başlanılan istintaq Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin nəzarətinə götürülüb. Hazırda daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığı əsasında sözügedən hadisəni törədənlərin qısa vaxtda tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir. Sözügedən hadisə ilə bağlı müvafiq orqanlar araşdırmalar aparır və qanun çərçivəsində bütün tədbirlər görülür. Cinayəti törətmiş şəxslərin müəyyənləşdirərək məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB