Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lük Truyensi qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Belçika münasibətlərinin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra belçikalı diplomata Daxili İşlər Nazirliyinin hüquq və vəzifələri, fəaliyyət istiqamətləri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilib. Demokratikləşmə və islahatlar prosesinin daxili işlər orqanlarından da yan keçmədiyindən söz açan daxili işlər naziri ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların ijrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bir çox Avropa dovlətlərinin daxili işlər nazirlikləri ilə səmərəli əməkdaşlıq etdiyimizi xatırladan R. Usubov Belçika Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın hələlik İnterpol çərçivəsində həyata keçirildiyini, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.
O da qeyd olunub ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son 10 ildə DİO-nun mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak edib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin əsas diqqət mərkəzində dayandığı vurğulanıb.
Səfir Lük Truyens səmimi qəbula və ətraflı məlumatla görə minnətdarlığını bildirib, ölkəmizdə vətəndaşların, həmçinin əcnəbilərin normal yaşayıb işləmələri üçün hər jür şəraitin yaradıldığını, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd edib. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın günü-gündən inkişaf etdiyini xatırladan səfir fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəjəyini diqqətə çatdırıb.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



