Tomas Melian bugün dövlət rəsmiləri ilə görüşəcək

Tomas Melian bugün dövlət rəsmiləri ilə görüşəcək

Tomas Melian Azərbaycanda rəsmi səfərdədir. SİA-nın məlumatına görə, ABŞ dövlət katibi Hillari Klintonun insan haqları, demokratiya və əmək məsələləri üzrə müavini Tomas Melianın Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində Melian bu gün Azərbaycanın bir sıra siyasi dairələrində görüşlər keçirəcək. Belə ki, ABŞ səlahiyyətlisinin dövlət rəsmiləri, QHT təmsilçiləri ilə görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, səfər iyunun 17-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə