Almaniya azərbaycanlıları 15 iyun – Milli Qurtuluş gününü qeyd edəcəklər
Almaniyanın Drezden şəhərində "Alm.az" Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə iyunun 15-də Azərbaycanın rəsmi bayramı - Milli Qurtuluş günü münasibətilə tədbir keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, azərbaycanlılarla yanaşı türk, alman, yəhudi, rus cəmiyyətlərinin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə "Alm.az" Azərbaycan Cəmiyyətinin sədri Ağahüseyn Babayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi ömür yolu və ictimai-siyasi fəaliyyəti barədə geniş məlumat verəcəkdir.
Tədbir zamanı ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB