İmişlidə 15 İyun Milli Qurtuluş günü qeyd olunub - FOTO

İmişlidə 15 İyun Milli Qurtuluş günü qeyd olunub - FOTO

İmişli rayonunda 15 İyun Milli Qurtuluş günü təntənə ilə qeyd olunub. SİA-nın Aran bürosunun məlumatına görə, İmişli rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

İcra hakimiyyətinin akt zalında davam edən bayram tədbirində çıxış edən rayon rəhbəri Əbülfəz Ağayev tarixə nəzər salaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın 1993-cü ildə düçar olduğu bəlalardan xilasından, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsindəki misilsiz xidmətlərdən ətraflı bəhs edib. Qurtuluş gününün Azərbaycanın dövlətçilik tarixində daim qeyd olunmasını bildirən icra başçısı sakinləri bayram münasibəti ilə təbrik edib. Rayon ziyalıları da Heydər Əliyevin xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışını əsl Qurtuluş bayramı olduğunu bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə