Cümşüd Nuriyev: “Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması Qərbi narahat edir”
Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun "münaqişənin həllində müəyyən irəliləyişlərin" əldə olunması ifadələri Qərbi narahat edir. Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bildirib ki, Şimal qonşumuzun münaqişənin həllində irəliləyiş əldə etməsi istəyi Qərb tərəfindən qısqanclıqla qarşılanır. Bu zəmində Qərb ölkədaxilində vəziyyəti gərginləşdirmək üçün satıla biləcək nüanslara toxunur. Satılan isə müxalifətdir: "Çünki Qərb diplomatları adını müxalifət qoyan və Azərbaycanın milli maraqlarına qarşı çıxış edən qruplarla görüşlərini intensivləşdirib. Çox təəssüf ki, burada bizim qardaş dövlət Türkiyənin də iştirakı gündəmə gəlib. Hadisələrin gedişindən belə bir şey proqnozlaşdırmaq olar ki, 19 iyun mitinqini də Qərb dövlətləri və ABŞ-ın təkidi ilə Azərbaycan müxalifətinin vasitəsi ilə gündəmə gəlib. Məqsəd Kazanda ola biləcək razılaşmanın qarşısını almaqdır. Burada Azərbaycan dövlətini şantaja çəkmək istəyirlər. Burada əsas məqsəd ondan ibarətdir ki, müxalifət və xarici səfirliklər tərəfindən xüsusi hazırlanan qadınlardır. O, qadınlar özlərinə xəsarət yetirəcək. Eyni zamanda müxalifətin daxilində olan qruplar çalışacaqlar ki, hüquq mühafizə orqanlarının işçilərini təxribata çəksinlər. Yəni Qərb bir növ ərəb dövlətlərindən gündəmə gətirə bildiyi hər cür təxribatı Azərbaycana şamil etməyə çalışacaq. Burada əsas məqsəd odur ki, 19 iyunda qarşıdurma yaransın, olmayan yerdən qan çıxsın və bundan sonrada Kazan görüşünə və 26 iyunda keçirilməsi nəzərdə tutulan hərbi parada kölgə salınsın".
Münaqişənin həllində Ermənistanın mövqeyinə gəlincə politoloq işğalçı dövlətin növbəti bir təxribat hazırladığını deyib: "Ermənistan portallarında yerləşdirilən şərhlər növbəti bir təxribatın hazırlanmasını gündəmə gətirir. Çünki istər Ermənistan ümummilli konqresinin sözçüsü, istərsə də Dağlıq Qarabağda vuruşan veteranların nümayəndələri Yegzeriyan, Şahnazaryanın səsləndirdiyi bəyanatlar birmənalı şəkildə Ermənistanın yeni təxribatının hazırlanmasını gündəmə gətirir. Amma başqa bir məsələ Ermənistan mətbuatında dərc olunan araşdırmalar artıq müəyyən çərçivə sazişin paktlarını gündəmə gətirir. Onlar Dağlıq Qarabağ ətrafında yerləşən rayonların işğaldan azad olunması məsələsinə Ermənistan rəhbərliyinin razılıq verməsini dilə gətirirlər. Eyni zamanda beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsələsi də İrandan gələn bir ideyadır.
Ermənistanın daxilində müxtəlif fikirlər söylənsə belə onlar Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın tərkibində qalmasını istəmirlər. Ermənilər ətraf rayonların verilməsi əvəzində Dağlıq Qarabağı və daha iki rayon Kəlbəcər, Laçın habelə keçmiş Şamuyan rayonun ərazisini də istəyirlər.
Amma yenədə Rusiyanın Kazanda bu məsələlərin həll edə biləcəyinə hələ ki, inanmıram. Həm ermənilərin ikiüzlü siyasəti, dünyada gedən siyasi proseslərin istiqaməti, həmçinin Qafqaz uğrunda döyüşlər mənə hər hansı əminlik vermir ki, irəliləyişdən danışım. Amma burada ilkin çərçivə- sazişinin imzalanaması ilə bağlı razılaşma əldə oluna bilər. Həmin çərçivə sazişində Azərbaycanın ən azı iki rayonunun Ağdam və Füzulinin işğaldan azad olunması gündəmə gələ bilər. Burada Ermənistan dövləti işğalçı adını üzərindən götürməkdən ötəri bu addımı atacaq".
Gürcüstan tərəfi ölkədə yeni yaradılmış müsəlmanların dini idarəsinə seçkilərin problemsiz keçdiyini və bu prosesin əleyhdarlarının olmadığını bəyan etsə də Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyində bununla razı deyillər. Politoloq hesab edir ki, Gürcüstan hökuməti bu qurumu yaratmaqla yerli müsəlmanları Qafqaz Müsəlmanları İdarəsinin təsirindən çıxarmaq istəyir. Onun sözlərinə görə, bu dövlət qurumu deyil və heç bir icmanı onlarla hesablaşmağa məcbur etmək səlahiyyətində deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB