Aprelin 2-də keçirilən icazəsiz aksiya ilə bağlı bir qrup şəxsin istintaqı yekunlaşıb
Aprelin 2-də İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan AXCP üzvü Sahib Kərimov, Babək Hüseynov, Arif Alışlı, Zülfüqar Eyvazov, Müsavat Partiyasının üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovun barələrində başlanılan cinayət işinin istintaqı yekunlaşıb.
Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev SİA-ya bildirib ki, həmin şəxslər və müdafiəçiləri istintaq materialları ilə tanış olandan sonra ittiham aktı baxılması üçün məhkəməyə göndəriləcək. Prokurorun müavini məlum cinayət işi üzrə təqsirləndirilən digər şəxslərin işi üzrə istintaqın davam etdiyini bildirib.
Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB