Əli Əhmədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüşüb.

YAP-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, həmçinin, YAP-la Çin Kommunist Partiyası arasında əlaqələrdən bəhs edib, partiyalararası münasibətlərinin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə