Elmar Məmmədyarov: “Dağlıq Qarabağın nizamlanması üzrə bir sıra məsələlər açıq qalır” - MÜNASİBƏT

Elmar Məmmədyarov: “Dağlıq Qarabağın nizamlanması üzrə bir sıra məsələlər açıq qalır” - MÜNASİBƏT

"Artıq intensiv danışıqlar imkan yaradıb ki, sülh sazişi üzərində müzakirələr davam etdirilsin. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi brifinqdə bildirib. Nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan Moskva danışıqlarda irəliləyişin əldə olunduğunu bildirib: "Moskvada iyunun 11-də keçirilmiş görüşündə üç saata yaxın ətraflı müzakirələr aparılıb. Amma bəzi məqamlar hələ də açıq qalır. Biz prezidentlərə görüşün nəticələri barədə məruzə edəcəyik. Dövlət başçıları Dağlıq Qarabağ problemi ilə bağlı Kazanda danışıqları davam etdirəcəklər".


Bütün xəbərlər Facebook səhifəmizdə