Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 21.05-dən 21.10-dək, 23.50-dən 23.55-dək, iyunun 13-də 00.44-dən 00.50-dək, 01.45-dən 01.50-dək və 05.45-dən 05.50-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.30-dan 01.38-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com