Rusiya XİN: “Ermənistanla Azərbaycanın baza prinsipləri ilə bağlı mövqelərində yaxınlaşma var”

Rusiya XİN: “Ermənistanla Azərbaycanın baza prinsipləri ilə bağlı mövqelərində yaxınlaşma var”

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında işgüzar görüş keçirilib.

SİA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, tərəflər arasında keçirilən bu görüş ölkə prezidentlərinin Kazan sammiti ərəfəsində məhsuldar olub. "Görüş zamanı bir sıra vacib suallar, əsasən də baza prinsipləri ətrafında mövcud olan mövqeləri qismən yaxınlaşdırmaq mümkün olub.

"Layihə şəklində olan sənəd iyunun üçüncü ongünlüyündə Kazan şəhərində keçirilməsi nəzərdə tutulan üçtərəfli sammitdə masanın üzərində olacaq", - Rusiyanın xarici işlər nazirliyinin açıqlamasında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə