Ermənistan əhalisinin 85 faizi acdır, daha 15 faizi isə doyunca yeyə bilmir və nəticədə cəmiyyətin 15 faizi sağlam, 85 faizi isə xəstədir. SİA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, bunu nevropatoloq Anait Qalstyan bildirib. Onun sözlərinə görə, aclıq stresə, əsəb gərginliyinə səbəb olur: "Ac adamdan başqa nə gözləmək olar? Cəmiyyətimiz acdır və bu haqda ciddi düşünmək lazımdır"
Nevropatoloq bildirib ki, normal yaşamaq üçün gündə 3 dəfə yemək lazımdır. Belə ki, bunun üçün isə pul lazımdır. Ölkədə orta aylıq qazanc təxminən 240 dollardır: "Bu, heç 1 nəfərin yaşamasına kifayət etmir. Əksər insanlar çox baha olduğu üçün heç meyvə də ala bilmir",-deyə, o, əlavə edib. O, xüsusilə uşaqlar və yeniyetmələrin aclıqdan əziyyət çəkdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB