Bu gün Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək
Bu gün Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü keçiriləcək.
SİA-nın məlumatına görə, nazirlər Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov prezidentlərin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə hazırlıq prosesini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB