Tehranda tərksilah üzrə beynəlxalq konfrans keçiriləcək

Tehranda tərksilah üzrə beynəlxalq konfrans keçiriləcək

İyunun 12-də Tehranda tərksilah üzrə beynəlxalq konfrans keçiriləcək. İranın Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Nüvə enerjisi hamı üçün, atom silahı heç kim üçün" adı altında keçiriləcək konfransda 60 ölkənin vəzifəli şəxsləri və rəsmi nümayəndə heyətləri iştirak edəcəkdir.

Onlar konfransın ümumi iclasında və 3 ayrı-ayrı ixtisaslaşmış bölmədə nüvə tərksilahının əhəmiyyəti, bununla əlaqədar prosesləri və hüquqi və beynəlxalq sahələrdə zəruri addımları müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə