NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakı səfəri təxirə salınıb
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayın bu günə planlaşdırılan Bakı səfəri təxirə salınıb. Rumıniyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, səfərin təxirə salınmasına səbəb Brüssel aeroportu işçilərinin tətil etməsidir.
Qeyd edək ki, əvvəl NATO-nun nümayəndə heyətinin Azərbaycana səfəri mart ayında baş verməli idi, lakin o səfər Liviyada baş vermiş hadisələr səbəbindən təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB