SİA-nın xəbərinə görə, Serbiyanın Novi Sad Voevodina muxtar diyarının paytaxtıdır və Belqraddan sonra ölkənin ikinci ən böyük şəhəri sayılır. Novi Sad 1694-cü ildə salınmışdır. XVII-XIX əsrlərdə Serbiya mədəniyyətinin beşiyi olmuş bu şəhəri "Serb Afinası" adlandırırlar. Bu gün Novi Sad Serbiya iqtisadiyyatının sənaye və maliyyə, ölkənin əsas mədəniyyət mərkəzlərindən biridir. Burada Serbiyanın ən qədim mədəniyyət, elm mərkəzləri, muzeylər, teatrlar yerləşir. Təsadüfi deyildir ki, Serbiyanın ilk teatrı 1861-ci ildə bu şəhərdə fəaliyyətə başlamışdır.
Serbiyanın mədəni həyatına daha bir töhfəni Azərbaycan vermişdir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü ucaldılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, büstün yerləşdiyi parkın ərazisində abadlıq işləri aparılmış, şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Mərasimin aparıcısı Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılıq irsi nəinki Azərbaycan xalqının milli sərvətidir, həm də dünya mədəniyyətinin incisidir. Bu dahi insanın musiqisi dünya mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Bəstəkarın yaratdığı musiqi, ədəbi və elmi irs ölməz və əbədidir.
Mərasimdə çıxış edən Novi Sad şəhərinin meri İqor Pabliçiç dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılması münasibətilə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, çoxmədəniyyətli ölkə olan Serbiya digər mədəniyyətlərə hörmətlə yanaşır və Üzeyir Hacıbəylinin büstünün Novi Sadda ucaldılması bu şəhərin sakinləri üçün böyük şərəfdir.
İ.Pabliçiç şəhərin Azərbaycan ilə iqtisadi əməkdaşlıqda maraqlı olduğunu və bu tədbirin ölkələrimiz arasında dostluğu daha da möhkəmləndirəcəyini vurğuladı.
Azərbaycan və Serbiya prezidentləri büstün üzərindəki örtüyü götürdülər.
Dövlət başçıları mərasimdə çıxış etdilər.
Prezident İlham Əliyev və Prezident Boris Tadiç Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın əsərlərini dinlədilər.
Sonra dövlət başçıları dahi bəstəkarın büstünün yerləşdiyi parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



