\"Polşa Türkiyənin Aİ-yə üzv olmasına dəstək verir\". SİA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül Polşa dövlət başçısı Bronislav Komorovskiilə birgə təşkil etdikləri mətbuat konfransında açıqlaması zamanı deyib. Polşanın dəstəyinin Türkiyə üçün vacibliyini dilə gətirən ölkə başçısı, iki ölkə arasındakı dostluq əlaqələrinin tarixi köklərindən danışıb: \"Türkiyə ilə Polşa arasındakı dostluğun kökləri çox qədim zamanlara söykənir. 2014-cü ildə ölkələr arsındakı əlaqələrin 600 illik yubileyi qeyd olunacaq. Uzun əsrlərdən bizə miras qalan bu dostluğu bugün də uğurlu bir formada davam etdirir, getdikcə də inkişaf etdiririk. Polşa ilə Türkiyə arasında strateji sahədə də bir sıra əməkdaşlıqlarımız var. Ümumiyyətlə, ölkələrimiz arasında siyasi əlaqələr mükəmməl xətt üzrə inkişaf edir. BugünTürkiyə və Polşa Avropanın güclənən iki iqtisadi ölkəsidir. Bu məqsədlə də görüş zamanı iqtisadi əlaqələri də müzakirə etdik və inkişaf etdirilməsinə qərar verdik. Bütün bunlarla yanaşı, Polşaiyulayının 1-dən etibarən Aİ-yə dövr başçılıq edəcək. Hamımız yaxşı bilirik ki, Polşa Aİ mövzularında strateji mövqeyini qoruyub saxlayan, Avropanın gələcəyi ilə çox düşünən ölkələr sırasındadır. Bütün bunları nəzərə alaraq, Polşanın Türkiyəyə Aİ-yə üzvlük mövzusunda verdiyi dəstək diqqətəlayiqdir. Polşa xalqının 80 faizi üzvlük məsələsində Türkiyəni dəstəkləyir\".
Daha sonra açıqlama verən Bronislav Kamorovski də Abdulla Gülün düşüncələrinə qatıldığını bildirərək Türkiyəyə dəstəyin daimi olduğunu nəzərə çatdırıb: \"Polşa ilə Türkiyə arasındakı diplomatik əlaqələr, Avropadakıən uzunmüddətli əlaqədir. 600 illik yubileyimizin qeyd olunması üçün isə hər iki ölkənin təşkilatçılığı ilə xüsusi komitə yaradılacaq. Aİ-yə üzvlük məsələsinə gəldikdə isə, Polşa bu məsələdə Türkiyəyə birmənalı şəkildə dəstəkdir və bu belə də qalacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB