UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyası öz işinə yekun vurub

UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyası öz işinə yekun vurub

Bu gün Bakıda UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyası öz işini başa çatdırıb. SİA-nın məlumatına görə, sessiya çərçivəsində Stefano Sempliçi komitənin yeni sədri seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yekun nitqində sessiya iştirakçılarına təşəkkürünü bildirib. Daha sonra çıxış edən UNESCO-nun Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bu tədbirə göstərdikləri diqqətə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokovaya minnətdarlıq edib.

Bağlanış mərasimində YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Pilar Alvarez-Laso Beynəlxalq Bioetika Komitəsinin sessiyasına ilk ev sahibliyi olan ölkənin Azərbaycan olmasını xüsusi vurğulayıb.

Komitənin yeni sədri Stefano Sempliçi sessiya çərçivəsində toxunulan məsələlərin həllinin zəruriliyini vurğulayıb. Stefano Sempiti bildirib ki, BBK-nın Bakıda keçirilən sessiyası bu sahənin inkişafına öz töhfəsini verəcək. Xatırladaq ki, sessiya çərçivəsində iştirakçılar insan klonlaşması, ənənəvi təbabət, bioetikanın etik aspektləri kimi məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə