Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım olunub.

“Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə