“Azərbaycan İslam həmrəyliyini sülh, humanizm və mədəniyyətlərarası dialoq kimi təqdim edir” -DEPUTAT DANIŞDI

“Azərbaycan İslam həmrəyliyini sülh, humanizm və mədəniyyətlərarası dialoq kimi təqdim edir” -DEPUTAT DANIŞDI

“Prezident İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul etdi”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, görüş zamanı müzakirə olunan məsələlər, səslənən fikirlər Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi:

”Belə ki, Azərbaycanla Müsəlman Ağsaqqalları Şurası arasında uğurlu əməkdaşlıq, İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın qlobal səviyyədə oynadığı rol, Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci görüşü və 2027-ci ildə Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti xüsusi vurğulandı.
Azərbaycan hər zaman İslam həmrəyliyini sülh, humanizm, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq platforması kimi təqdim edir.
Prezident İlham Əliyev müxtəlif çıxışlarında İslam dünyasında həmrəyliyin vacibliyini xüsusi vurğulayıb. Söhbət müsəlman ölkələri arasında əməkdaşlığın, qarşılıqlı etimadın və ortaq mövqelərin gücləndirilməsindən gedir.
Sentyabrın 14-dəki görüşün xüsusi əhəmiyyət daşıyan məqamlarından biri də Məhəmməd Əbdülsalamın Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim etməsi olub. Cənab Prezident bu mükafata Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb. Mükafat çərçivəsində nəzərdə tutulan 500 min ABŞ dollarının isə dövlət başçısının qərarı ilə tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi qərara alınıb.
Beynəlxalq səviyyədə insan həmrəyliyinə görə təqdim olunan mükafatın vəsaitinin Qarabağın dirçəlişinə yönəldilməsi də təsadüfi deyil. Bu, Azərbaycanın sülh və quruculuq siyasətinin vəhdətini nümayiş etdirir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə