“Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə də davamlı inkişaf üçün mühüm potensiala malikdir” -CEYHUN BAYRAMOV
“Bu əməkdaşlıq yalnız iki ölkə çərçivəsində deyil, Avropa ilə Asiyanı birləşdirən daha geniş coğrafiyada təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafına böyük önəm verilir:
”Bu baxımdan Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələr müxtəlif sahələrdə yeni təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir.
Azərbaycan-Türkiyə münasibətlərinə kompleks şəkildə nəzər saldıqda, əməkdaşlığın təhsil, elm, mədəniyyət, ticarət, biznes, idman və digər sahələri əhatə etdiyini görürük. Xüsusilə xalqlarımız arasında humanitar və mədəni əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Bu gün müxtəlif beynəlxalq və regional platformalarda Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı ilə bağlı dəyərli müzakirələr aparılır. Qarşılıqlı əlaqələrin iqtisadi, humanitar və digər istiqamətlərdə daha da genişləndirilməsi üçün yeni imkanlar nəzərdən keçirilir.
Azərbaycan və Türkiyə arasında mövcud əməkdaşlıq və həyata keçirilən təşəbbüslər iki qardaş ölkənin birliyinin daha da möhkəmləndirilməsinə, əlaqələrin yeni mərhələyə yüksəldilməsinə xidmət edir. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri gələcəkdə də davamlı inkişaf üçün mühüm potensiala malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB