Azərbaycanda elektrik malları və mebel satışına xərclənən vəsait 9 %-ə yaxın artıb

Azərbaycanda elektrik malları və mebel satışına xərclənən vəsait 9 %-ə yaxın artıb

ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 155,5 milyon manatlıq elektrik malları və mebellər satılıb.

SİA -ya Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 8,9 % çoxdur.

Ötən 8 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 4,9 %-i elektrik malları və mebellərin alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,9 % artıb

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə