Ermənistanda partiya sədrinin həbsi üç ay uzadıldı

Ermənistanda partiya sədrinin həbsi üç ay uzadıldı

Ermənistanda Nikol Paşinyana qarşı müxalif mövqeyi ilə seçilən partiya sədri barədə qərar verilib. Belə ki, İrəvan məhkəməsi "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyanın həbs müddətini üç ay uzadıb.

Qeyd edək ki, Tevanyan dövlətə xəyanətlə bağlı cinayət işi üzrə həbsdədir. Daha əvvəl, may ayında İrəvanda məhkəmə Tevanyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Ermənistan İstintaq Komitəsi dövlətə xəyanətdə ittiham olunan siyasətçi barəsində cinayət işi açıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə