Sürət və zəriflik...

Formula 1-in Azərbaycana qazandırdığı qlobal status və iqtisadi dividentlər

Xəzər sahilində, tarixlə müasirliyin qovuşduğu Bakı küçələri növbəti dəfə dünyanın en möhtəşəm idman şoularından birinə — Formula 1 Qran-Prisinə ev sahibliyi etməyə hazırlaşır. Artıq təqvimdə özünə xüsusi yer tutan Bakı Şəhər Halqası yalnız planetin ən sürətli pilotlarının mübarizə meydanı deyil, həm də Azərbaycanın dünyada idmansevər, qonaqpərvər və yüksək təşkilatçılıq qabiliyyətinə malik dinc tərəfdaş kimi tanınmasında strateji platformadır.

Yarış həftəsi ərzində paytaxtın mərkəzində hərəkətin təhlükəsizliyini təmin etmək və azarkeşlərin rahatlığını vurğulamaq üçün nəqliyyat və təhsil infrastrukturu xüsusi rejimə keçir. Şəhər halqasının keçdiyi əsas arteriyalar — Neftçilər prospekti, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi, Xaqani, Puşkin küçələri və Azadlıq meydanı ətrafı nəqliyyatın hərəkəti üçün müvəqqəti məhdudlaşdırılır. Alternativ marşrut kimi sürücülərə Mikayıl Useynov, Yusif Səfərov və Məhəmməd Füzuli küçələrindən istifadə tövsiyə olunur.

Onlayn təhsil rejimi də tədbirin keçirildiyi müddətdə tətbiq olunacaq. Şəhər mərkəzindəki sıxlığı azaltmaq və şagirdlərin təhlükəsizliyini qorumaq məqsədilə trek zonasına yaxın yerləşən məktəblər və ali təhsil müəssisələri (məsələn, 1, 6, 23 və 132-134 nömrəli məktəblər, BDU və ADA-nın bəzi korpusları çərçivəsində) yarış günlərində distans (onlayn) tədris rejiminə keçəcək.

Formula 1 yarışı yalnız sürət həvəskarlarının deyil, həm də ölkə iqtisadiyyatının qazancları sırasındadır. Yarış həftəsində ölkəmizə 50.000-dən çox xarici turistin gəlişi gözlənilir. Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən gələn azarkeşlər mehmanxana, ictimai iaşə və nəqliyyat sektorunu canlandırır. Həmçinin yarış dövründə Bakıdakı otellərin doluluq dərəcəsi 90-95%-ə çatır. Kiçik və orta biznes subyektləri (restoranlar, suvenir mağazaları, turlar) xüsusi gəlir imkanı əldə edir.

Milyardlarla televiziya tamaşaçısının izlədiyi bu yarış Bakının müasir arxitekturasını, Qız Qalasını və İqtisadi tərəqqisini bütün dünyaya nümayiş etdirən ən effektiv "soft power" (yumşaq güc) vasitəsidir.

İdmansevər və qonaqpərvər Azərbaycan

Formula 1 Bakı treki özünəməxsusluğu ilə fərqlənir. Dünyanın ən dar dönəməclərindən birinə (İçərişəhər divarları boyu) və eyni zamanda ən uzun düzünə (Neftçilər prospekti) malikdir. Bu, yarışı gözlənilməz və həyəcanlı edir. Azərbaycanın bu böyüklükdə turnirlərə ev sahibliyi etməsi ölkəmizin həm də beynəlxalq təhlükəsizlik, yüksək qonaqpərvərlik və tolerantlıq mədəniyyətini göstərir. Şəhərimizə gələn hər bir xarici qonaq yalnız yarışın həyəcanını deyil, həm də Azərbaycan xalqının səmimiyyətini və zəngin mədəniyyətini özü ilə aparır. Formula 1 Azərbaycanın qlobal idman xəritəsindəki yerini bir daha möhkəmləndirir.

Formula 1 yarışı yalnız sürət həvəskarlarının deyil, həm də ölkə iqtisadiyyatının qeyri-neft sektorunun gəlirləri sırasındadır. Yarış həftəsində ölkəmizə təşrif buyuran 50.000-dən çox xarici turistin və azarkeşlərin böyük hissəsi Böyük Britaniya, Niderland, Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan və Hindistandan gəlir.

Yarışın təşkili çərçivəsində 3000-dən çox könüllü və minlərlə müvəqqəti işçi cəlb olunur. Bu, gənclərin beynəlxalq tədbirlərdə təcrübə qazanması və dil biliklərini təkmilləşdirməsi üçün əvəzolunmaz imkandır. Yarış dünyanın 200-dən çox ölkəsində canlı yayımlanan və təxminən 1.5 milyard televiziya tamaşaçısı tərəfindən izlənilən bu yarış Bakının müasir arxitekturasını (Alov Qüllələri, Dənizkənarı Bulvar, Xalça Muzeyi) və tarixi irsini heç bir reklam büdcəsi ilə müqayisə olunmayacaq dərəcədə yüksək səviyyədə təbliğ edir.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə