“Dekarbonizasiya karbon emissiyalarını azaldaraq planetin ekoloji vəziyyətini yaxşılaşdırır” -ELNUR MUSTAFAYEV

“Dekarbonizasiya karbon emissiyalarını azaldaraq planetin ekoloji vəziyyətini yaxşılaşdırır” -ELNUR MUSTAFAYEV

Dekarbonizasiya niyə müzakirə mövzusudur? Hazırda karbonun ticarəti, alınıb-satılması, bundan maliyyə qazancı əldə edilməsi və digər məsələlər barədə çox danışılır.

SİA xəbər verir ki, bu sözləri Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin səfərbər edilməsi panel sessiyasında Proses mühəndisliyi üzrə mütəxəssis, təsisçi və direktoru Elnur Mustafayev bildirib.

Onun sözlərinə görə, dekarbonizasiyanın əsas məqsədi Yer kürəsini ekoloji baxımdan daha yaxşı vəziyyətə gətirməkdir. Əsas məqsəd məhz budur.

Dekarbonizasiya, aşağı karbonlu fəaliyyət, aşağı karbon iqtisadiyyatı, aşağı karbonlu yanacaqların və bərpa olunan enerji mənbələrinin tətbiqi planetimizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, karbon emissiyalarının azaldılmasına xidmət edir. Bunu unutmamalıyıq. Maliyyə və ya spekulyativ qazancı bütün bu fəlsəfənin və ideologiyanın qarşısına keçirməməliyik. İlk növbədə ideologiya və fəlsəfə dayanır.

Xüsusilə fond birjasının sponsorluğu ilə keçirilən paneldə əsas çağırışlardan biri də budur. Amma bir məqamı xatırlatmaq istəyirəm: bazar birja demək deyil. Birja bazarın yalnız bir hissəsidir.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə