Yeni kapital mənbələrinin cəlb edilməsi yollarını da tapmalıyıq -AYGÜN HƏSƏNOVA

Yeni kapital mənbələrinin cəlb edilməsi yollarını da tapmalıyıq -AYGÜN HƏSƏNOVA

Bu keçidi maliyyələşdirmək üçün banklar həmişə mühüm maliyyə mənbəyi olaraq qalacaq. Lakin yeni kapital mənbələrinin cəlb edilməsi yollarını da tapmalıyıq. Kapital bazarları bu baxımdan mühüm rol oynayır.
SİA xəbər verir ki, bu sözləri Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin səfərbər edilməsi panel sessiyasında Bakı Fond Birjasının Yaşıl Maliyyə üzrə Məhsul rəhbəri Aygün Həsənova deyib.

Çünki onlar uzunmüddətli institusional və özəl kapitalı səfərbər edərək, bu vəsaitləri əks halda maliyyələşdirilməsi çətin olan və real dayanıqlı inkişaf nəticələri yarada biləcək sektorlara yönəltməyə imkan verir.

Bütün bunlardan göründüyü kimi, dayanıqlı maliyyənin regionumuz üçün bir sıra mühüm faydaları var. Birincisi, iqtisadiyyata töhfə verəcək, eyni zamanda dayanıqlılıq məqsədlərimizə çatmağımıza kömək edəcək yeni layihələrin maliyyələşdirilməsidir.

İkincisi, bu, qeyd etdiyim iqtisadi şaxələndirməni sürətləndirə bilər. Eyni zamanda şirkətlər üçün dayanıqlılıq istiqamətində fəaliyyət göstərməyə əlavə stimul yaradar.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə