“Neft Daşlarında 1 000-dən çox sızmanı müəyyən edərək onların qarşısını uğurla almışıq” -MUSTAFA QURBANLI

“Neft Daşlarında 1 000-dən çox sızmanı müəyyən edərək onların qarşısını uğurla almışıq” -MUSTAFA QURBANLI

Enerji sənayesində emissiyaların ölçülməsi istiqamətində indiyədək həm beynəlxalq, həm də yerli şirkətlərlə sıx əməkdaşlıq etmişik.
SİA xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə panel müzakirəsində deyib.

Better Sniffer şirkəti ilə çox uğurlu proqram həyata keçirmişik. Yerli səviyyədə isə yeni yaranan bəzi xidmət təminatçıları ilə də əməkdaşlıq edirik.

Son olaraq, yerüstü ölçmə kampaniyalarından danışarkən Neft Daşlarında həyata keçirdiyimiz uğurlu ölçmələri xüsusi qeyd etmək istərdim. Biz burada da yerli və beynəlxalq məsləhətçilərlə əməkdaşlıq etmiş, Neft Daşlarında 1 000-dən çox sızmanı müəyyən edərək onların qarşısını uğurla almışıq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə