“Bir ton metanın azaldılması 30–83 ton CO₂ ekvivalent emissiyanın qarşısını alır” -ƏFQAN İSAYEV
Metan emissiyalarının azaldılması, məsələn, CO₂-nin atmosferdən çıxarılması ilə müqayisədə daha asan müəyyən edilə və aradan qaldırıla bilər. Bunun üçün maliyyələşmə əldə etmək də daha asandır.
SİA xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə panel müzakirəsində deyib.
Çünki söhbət praktiki olaraq təbii qazdan gedir: onu götürüb yenidən sistemə qaytarmaq və hətta satmaq mümkündür. Eyni zamanda, bu proses əməliyyat səmərəliliyinin artırılması ilə də uzlaşdırıla bilər.
Biz metan emissiyalarının azaldılması istiqamətində bu yolçuluğa 2023-cü ilin sonunda, Boston Consulting Group ilə birlikdə başladıq. Buna görə sizə çox minnətdarıq. Açığı, başlanğıcda mən özüm də buna kifayət qədər skeptik yanaşırdım. Lakin daha sonra başa düşdüm ki, məsələn, seçilən zaman perspektivindən asılı olaraq, bir ton metan emissiyasının qarşısının alınması 30–83 ton CO₂ ekvivalentinə bərabər emissiyanın qarşısını almağa imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB