"Qarabağın qısa müddətdə necə yenidən qurulduğunun şahidi olduq" - EKA TKEŞELAŞVİLİ

"Qarabağın qısa müddətdə necə yenidən qurulduğunun şahidi olduq" - EKA TKEŞELAŞVİLİ

"Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri uğurlu nümunədir". SİA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Eka Tkeşelaşvili “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, Qarabağa səfər zamanı bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin nəticələri ilə yaxından tanış olmaq mümkün olub: “Qarabağa səfərimiz zamanı ərazinin necə yenidən qurulduğunun və qısa müddətdə necə dəyişdiyinin şahidi olduq. Burada həyata keçirilən işlər bərpa və yenidənqurma baxımından uğurlu nümunə hesab oluna bilər”.

Mərkəzin nümayəndəsi dünyada sürətlə genişlənən elektrikləşdirmə prosesinə də toxunaraq qeyd edib ki, bu istiqamətdə işlər əvvəlcədən düşünülmüş və proaktiv planlaşdırma əsasında həyata keçirilməlidir. “İlk növbədə nəyə və nə qədər ehtiyacımız olduğunu müəyyənləşdirməliyik. Bu baxımdan düzgün və hərtərəfli planlaşdırma xüsusi əhəmiyyət daşıyır”, – deyə Eka Tkeşelaşvili vurğulayıb.

Onun sözlərinə görə, proseslərin dayanıqlı və uzunmüddətli xarakter daşıması üçün cəmiyyətin ehtiyac və tələbləri də mütləq nəzərə alınmalıdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə