Sahibə Qafarova: Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərini praktiki fəaliyyətə çevirir

Sahibə Qafarova: Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərini praktiki fəaliyyətə çevirir

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərini praktiki fəaliyyətə çevirməyə çalışır.

SİA xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Belqradda keçirilən Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatının prinsipləri Azərbaycanın siyasətinin əsas prinsipləri ilə üst-üstə düşür və bu prinsiplər Hərəkatın proqramında da öz əksini tapıb.

S.Qafarova Azərbaycanın müstəqillik prinsiplərinə, həmrəyliyin və birliyin gücləndirilməsinə, eləcə də Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına sadiqliyini bir daha təsdiqlədiyini vurğulayıb.

"Azərbaycan bu prinsipləri praktiki fəaliyyətə çevirmək istəyir. Qlobal çağırışlar dövründə biz Hərəkatın üzv dövlətləri arasında həmrəyliyi və əməkdaşlığı təşviq edirik", – deyə Parlament sədri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab tədbirlərinə töhfə verib, 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib, həmçinin texniki yardım və təhsil qrantları təqdim edib.

S.Qafarova Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi diqqət yetirdiyini bildirib.

O vurğulayıb ki, 2021-ci ildən etibarən Parlament Şəbəkəsi çərçivəsində beş konfrans keçirilib, mühüm və təxirəsalınmaz qərarlar qəbul olunub. Bu qərarlar sırasında Şəbəkənin qərargahının Bakıda yaradılması, eləcə də beynəlxalq və parlamentlərarası təşkilatlarla əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.

"Bu gün Şəbəkə Hərəkatın üzvü olan dövlətlərin parlamentlərini bir araya gətirir. Bu, parlamentlərimizin Bandunq prinsiplərinin həyata keçirilməsinə töhfə vermək, parlament diplomatiyası vasitəsilə dialoqu, ədaləti, sülhü və dayanıqlı inkişafı təşviq etmək əzmini nümayiş etdirir", – deyə S.Qafarova bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə