“Sülh müqaviləsi Azərbaycanın təklif etdiyi beş prinsip üzrə bağlanacaq” - MİLLƏT VƏKİLİ
"Ermənistan tərəfindən söhbət gedirsə, hər hansı bir şərtin irəli sürülməsi praktik olaraq mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, çünki sülh prosesi və Vaşinqtonda əldə edilən razılaşma praktik olaraq Azərbaycanın təklif etdiyi beş prinsip üzrə aparılır: "Bu prinsiplər növbəti mərhələdə nəzərdən keçiriləcək.
Təbii ki, bu gün əslində sülh müqaviləsinin bağlanmasına mane olan səbəb Ermənistanın qanunsuz siyasətidir. Ermənistanın qanunsuz siyasəti dəyişdirildikdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması mümkün olacaq və təbii ki, bu halda biz ölkələrarası sülh müqaviləsinin bağlanmasını müşahidə edəcəyik.
Qərbi Azərbaycan İcması, təbii ki, qeyri-hökumət təşkilatı olaraq fəaliyyət göstərir və təkrarən qeyd olunduğu kimi, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Bu, onların təməl hüququdur. Söhbət hansısa müharibədən və ya hansısa digər formalardan getmir. Söhbət təbii ki, sülh şəraitində ata-baba yurduna qayıtmaqdan gedir.
Bu da təbii ki, məhz Qərbi Azərbaycanda doğulmuş vətəndaşlarımızın hüququdur. Bu hüquqdan istifadə etmələri və bu məsələni müzakirə etmələri də təbii ki, hər bir vətəndaşın haqqıdır. Eyni zamanda, məhz ictimai təşkilat yaradan vətəndaşlarımızın da bu istiqamətdə müzakirələr aparması təbiidir.
Ona görə sülh müqaviləsi ilə bağlı, deməli, prinsiplər Azərbaycanın təklif etdiyi beş prinsipdir və həmin prinsiplər əsasında sülh müqaviləsinin bağlanması həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB