Vaşinqton platformasında həyata keçirilən diplomatik təşəbbüslər regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edir
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il avqustun 8-9-da ABŞ-a səfəri ölkələrimiz arasında ikitərəfli və bərabərhüquqlu əlaqələrin yeni və strateji mərhələyə qədəm qoyması ilə nəticələndi. ABŞ və Azərbaycan arasında mövcud münasibətlər siyasi, geostrateji və geoiqtisadi baxımdan strateji xarakter daşıyan yeni bir mərhələyə qədəm qoydu. Sülh və regionda sabitlik, Cənubi Qafqazda sülh processi, enerji təhlükəsizliyi və "Yaşıl Enerji" kimi məsələlər, ən əsası isə şəxsi siyasi təmaslar uğurla davam edən münasibətlərin ana xəttini təşkil edir.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə müşayiət olunan, ölkəmizin müstəqil xarici siyasət yürütməsindən əndişələnən Bayden Administrasiyasından fərqli olaraq Donald Tramp ikinci dəfə Prezident seçildikdən sonra ABŞ-nın xarici siyasətində köklü dəyişikliklərə start verdi. Sirr deyil ki, Baydenin prezidentlik dövründə ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolundan xoflanan Administrasiya ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbələr vurması ilə səciyyələnirdi. Otuz ildən artıq bir dövrdə Cənubi Qafqazda sülh və təhlükəsizliyə nail olunmamasının əsas səbəblərindən biri də məhz ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin ikili standartlar nümayiş etdirməsindən qaynaqlanırdı. Azərbaycanla əlaqələrin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürən Prezident Tramp isə ölkəmizlə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirdi. ABŞ prezidenti Donald Trampın Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etməsi bunun əyani göstəricisidir.
Bu isə o anlama gəlir ki, prezidentlik fəaliyyəti dövründə Azərbaycan dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutan dövlət başçısı İlham Əliyevin düşünülmüş, uzaqgörən və coxşaxəli xarici siyasəti nəticəsində illərdən bəri aysberqə çevrilmiş buzlar əridi, daşlar yerinə oturdu. Bakı ilə Vaşinqton arasında qurulan dinamik dialoq regional təhlükəsizlik, enerji marşrutları və Cənubi Qafqazda sülh gündəliyinin dayaq nöqtəsindən irəliyə aparılması istiqamətində mühüm rol oynadı. Konkret olaraq, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında baza rolunu oynayan "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş" tərəflərin hüquqi və siyasi öhdəliklərini müəyyən etdi. Etiraf edilməlidir ki, Vaşinqton tərəflər arasında imzalanan "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş" mətni üzrə danışıqların yekunlaşmasında drayver rolunu oynadı. Odur ki, Vaşinqton sammiti çərçivəsində tərəflərin razılaşdırılmış mətni paraflaması prosesə ən böyük töhfələrdən biri kimi dəyərləndirilməlidir. Məhz qalib ölkə olmasına baxmayaraq Azərbaycanın siyasi iradəsi nəticəsində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdilər. Bu fəaliyyət Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan ərazisindən maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.
Göründüyü kimi Moskva və ATƏT-in keçmiş Minsk Qrupu çərçivəsindəki durğunluq fonunda ABŞ tərəflərin birbaşa formatda danışıqlar aparmasını dəstəkləyərək kənar geosiyasi təzyiqləri neytrallaşdırmağa nail oldu. Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması bunun bariz nümunəsidir. ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rolu ənənəvi həmsədrlik modelindən tamamilə fərqlənərək, artıq birbaşa geoiqtisadi və geostrateji təşəbbüslərin dəstəkləndiyi vasitəçilik müstəvisinə keçib. ABŞ Azərbaycanın regional liderliyini və Ermənistanla sülh sazişinin imzalanması, eləcə də delimitasiya prosesində atdığı addımları dəstəkləyir. Vaşinqton platformasında həyata keçirilən diplomatik təşəbbüslər regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edir.
Birgə Bəyannaməyə görə, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətlərini təsdiqləyiblər. Bu təşəbbüs həm Azərbaycanın fasiləsiz nəqliyyat keçidi tələbini ödəyir, həm də ərazinin Ermənistan suverenliyində qalmasını təmin edərək hər iki tərəf üçün qəbul olunan bir balans yaradır. Digər tərəfdən, Vaşinqtonun dəhliz və sülh prosesindəki fəal rolu regionda Rusiyanın hərbi-siyasi inhisarını zəiflətməyə və İranın marşrutlar üzərindəki təzyiq imkanlarını məhdudlaşdırmağa hesablanıb.
ABŞ uzun illərdir Azərbaycanın Cənub Qaz Dəhlizi kimi iri infrastrukturlarla Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir. Məhz bu baxımdan, Vaşinqton Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin bağlanmasını və kommunikasiyaların açılmasını dəstəkləyir. Həm də, Çindən Avropaya gedən nəqliyyat marşrutlarının təhlükəsizliyi və səmərəliliyi çərçivəsində Azərbaycanın mərkəzi mövqeyi ABŞ-nin diqqət mərkəzindədir. Mərkəzi Asiya enerjisinin və mallarının Xəzər və Azərbaycan üzərindən Qərbə daşınmasında sabitliyin təmin olunması ABŞ-nin regional maraqlarına tam uyğundur. ABŞ rəhbərliyi və rəsmi nümayəndələrinin Cənubi Qafqaz üzrə təşəbbüsləri həm də iki ölkə arasında strateji dialoqun saxlanılmasına xidmət edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və regional güc kimi rolunun artması isə Vaşinqtonla münasibətlərdə praqmatik tərəfdaşlığa zəmin yaradır. Qətiyyətlə demək olar ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə tərəflərin birbaşa dialoqunun davam etdirilməsi, regionda kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yekun sülh sazişinin imzalanması istiqamətində mühüm hüquqi və siyasi baza rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rusiyada hakimiyyətə kim gələcək?
Dünya 20:28“700 rubla benzin”...
Dünya 20:06Alimlər: Ayda yadplanetli texnologiyası var...
Dünya 19:48Litvada quş sürüsü PUA-ya bənzədilibmiş
Dünya 19:35Budanov: Gəlin Amerikaya inanaq...
Dünya 19:27Putinin yaxın çevrəsində parçalanma yaranıb...
Dünya 18:05Türkiyədə çip istehsal ediləcək
Dünya 16:08Hakan Fidan Suriyaya səfərə gedib
Siyasət 16:06Lənkəran-Astara zonasında qısamüddətli leysan olub
Sosial 15:35LGBT uşaqların gender kimliyi böhranı
Sosial 14:08Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq
Sosial 13:24Si Cinpin Qlobal Cənubla bağlı çağırış etdi
Dünya 11:28Rusiya danışıqlar üçün "məqbul" məkan elan etdi
Siyasət 10:29Avtomobil aşdı, sərnişin həyatını itirdi
Hadisə 10:13Peskov Putin-Zelenski görüşündən danışdı
Dünya 09:11Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub
Dünya 04:43Bazar ertəsi bu prospekt bağlı olacaq - XƏBƏRDARLIQ
Sosial 03:05Azərbaycanın sabiq daxili işlər naziri vəfat edib
Sosial 02:21"Liverpul" və "Çelsi"dən XAL İTKİSİ
İdman 01:20"Bakı Metropoliteni" QSC-də yeni TƏYİNAT
Sosial 01:03Yasamalda avtomobil sərnişin avtobusuna çırpılıb
Hadisə 00:03"Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar..." - Agentlikdən AÇIQLAMA
Təhsil 12 Sentyabr 23:19Rumınlar ŞOKDA - benzinin qiyməti kəllə-çarxa çıxıb
Dünya 12 Sentyabr 23:03Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
Sosial 12 Sentyabr 22:31"Barselona"lı ulduz futbolçu La Liqada ayın ən yaxşı seçildi
İdman 12 Sentyabr 22:19Qusarda polislərə müqavimət göstərən şəxs saxlanıldı - TƏCİLİ
Hadisə 12 Sentyabr 22:02Formula 1: Mercedes pilotları yeni AMG adı ilə çaşqınlığa düşdülər
Texnologiya 12 Sentyabr 21:51Bu, əslində immunitet sistemini gücləndirir...
Səhiyyə 12 Sentyabr 21:26Nyu-York Moda Həftəsində Kristian Sirianonun möhtəşəm görünüşləri...
Dəb 12 Sentyabr 21:07Çayın o qədər də zərərsiz olmadığı ortaya çıxdı...
Sosial 12 Sentyabr 20:49“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”
İqtisadiyyat 12 Sentyabr 20:26Türkiyə XİN İraqdan Səudiyyə Ərəbistanına PUA hücumlarını pisləyib
Dünya 12 Sentyabr 20:16Kreml üçün yeni bir böhran…
Dünya 12 Sentyabr 20:07Putin gülünc vəziyyətə salındı..?
Dünya 12 Sentyabr 19:51Bakıda İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib - XİN
Siyasət 12 Sentyabr 19:34Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...
İqtisadiyyat 12 Sentyabr 19:27İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Dünya 12 Sentyabr 19:14Madyar Moskvaya qarşı çıxdı...
Dünya 12 Sentyabr 19:06Moskva əhəmiyyətli ərazi qazanclarına nail ola bilmədi...
Dünya 12 Sentyabr 18:51Vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Dünya 12 Sentyabr 18:45Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir
Siyasət 12 Sentyabr 18:31O, güclə yeriyə bilir: Kadırovun vəziyyəti kəskin şəkildə pisləşib...
Dünya 12 Sentyabr 18:27Kəlbəcərdə Bal Festivalı keçirilib
Sosial 12 Sentyabr 18:15“1917-ci ilin fevral ssenarisi demək olar ki, qaçılmazdır”
Dünya 12 Sentyabr 18:05Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı
İqtisadiyyat 12 Sentyabr 17:48Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər
Siyasət 12 Sentyabr 16:50Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Siyasət 12 Sentyabr 16:18Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək
Siyasət 12 Sentyabr 15:17Azərbaycanda elektrik malları və mebel satışına xərclənən vəsait 9 %-ə yaxın artıb
Siyasət 12 Sentyabr 15:00Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbərinə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim olunub
Mədəniyyət 12 Sentyabr 14:09Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb
Siyasət 12 Sentyabr 13:46Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Siyasət 12 Sentyabr 13:16Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb
Siyasət 12 Sentyabr 12:39Sabah 33 dərəcə isti olacaq
Siyasət 12 Sentyabr 12:36Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər
Siyasət 12 Sentyabr 12:23Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir -HİKMƏT HACIYEV
Siyasət 12 Sentyabr 12:02Tbilisi Avropa İttifaqını xilas edir? - RAKURS
Dünya 12 Sentyabr 11:30Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Hadisə 12 Sentyabr 11:21Azərbaycan neftinin qiyməti 120 dolları keçib
İqtisadiyyat 12 Sentyabr 10:59Husilər qlobal neft trafikini təhdid edir
Siyasət 12 Sentyabr 10:45Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
Siyasət 12 Sentyabr 10:34ABŞ Konqresi "cəhənnəm sanksiyaları"nı müzakirə edəcək
Siyasət 12 Sentyabr 10:19FHN Zaqatalada yanğın-taktiki təlim keçirib
Siyasət 12 Sentyabr 10:17Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)
İqtisadiyyat 12 Sentyabr 09:57Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Siyasət 12 Sentyabr 09:51Baş kəşfiyyatçı ABŞ-ın maraqları barədə
Dünya 12 Sentyabr 09:46Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
İdman 12 Sentyabr 09:33"Bizimlə münaqişəyə girsə dünya xəritəsindən silinəcək" - Medvedyev Litvanı HƏDƏLƏDİ
Dünya 12 Sentyabr 04:06Rusiyada avtobusla yük avtomobili toqquşub - 12 nəfər ölüb
Dünya 12 Sentyabr 03:02"Sumqayıt" yeni transferini açıqladı
İdman 12 Sentyabr 02:23"İran xalqı təslim olmayacaq" - Pezeşkiandan Trampa MESAJ
Dünya 12 Sentyabr 02:03Azərbaycanın daimi nümayəndəsi UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Mədəniyyət 12 Sentyabr 01:23Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Sosial 12 Sentyabr 01:02HƏMAS-ın 2 komandiri öldürüldü - İsraildən AÇIQLAMA
Dünya 12 Sentyabr 00:22"Euronews" Azərbaycan barədə yazdı
Siyasət 12 Sentyabr 00:02Gürcüstanda baş nazirin keçmiş müavini həbs olunub
Dünya 11 Sentyabr 23:18"Münasibətlərimiz tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır"
Siyasət 11 Sentyabr 23:03Özəl xəbərlər
Digər xəbərlər“Xankəndiyə diplomatik səfərlər Azərbaycanın suverenliyinin göstəricisidir” -ŞƏRH
Siyasət 11 Sentyabr 18:12Süni intellekt yaradıcı peşələri sıradan çıxaracaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
İqtisadiyyat 11 Sentyabr 17:13“Bakı İqlim Həftəsi qlobal iqlim əməkdaşlığının gücləndirilməsi üçün mühüm platformadır” -MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 16:37Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir? - EKSPERT AÇIQLADI
Təhsil 11 Sentyabr 16:22"Azərbaycan-İran münasibətlərinə müharibənin təsiri yoxdur" - SİYASİ ŞƏRHÇİ
Siyasət 11 Sentyabr 16:21Qəzzada uşaqların uçurtmaları İsrailin ölümcül hücum xəbərdarlığına səbəb olub
Dünya 11 Sentyabr 14:57
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



