“Patriot sistemlərinin Ukraynaya verilməsi müharibənin gedişinə müsbət təsir göstərə bilər” - ŞƏRH

“Patriot sistemlərinin Ukraynaya verilməsi müharibənin gedişinə müsbət təsir göstərə bilər” - ŞƏRH

“ABŞ Prezidenti Donald Trampın Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməməsi və bu məsələnin gecikdirilməsi prosesi daha da ciddiləşdirib. Bu da Rusiyanın hücumlarını xeyli artırmasına səbəb olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ukrayna da Rusiyaya zərbələr endirir:

“Lakin zenit-raket kompleksləri verilərsə, Rusiyanın hava hücumlarının qarşısını daha effektiv şəkildə almaq mümkün olar.

Ukrayna Prezidenti Donald Trampdan üç ədəd Patriot hava hücumundan müdafiə raket sistemi istəsə də, bu tələb qəbul edilmədi.

Görünür, Rusiya tərəfi müxtəlif vasitələrlə Donald Trampa təsir göstərib ki, bu raket sistemləri Ukraynaya verilməsin.

Mən düşünürəm ki, Donald Tramp yenidən vasitəçilik missiyasını öz üzərinə götürə bilər. Əgər Rusiya və Ukrayna arasında vasitəçilik prosesinə qayıdarsa, ola bilsin ki, Rusiyaya danışıqlar masasına gəlməsi üçün müəyyən təzyiqlər göstərilsin.

Lakin Rusiya bu vəziyyətdən manipulyasiya vasitəsi kimi istifadə edərək danışıqlar prosesini uzadır və bu müddətdə Ukraynaya daha çox zərbələr endirməyə çalışır.

Bu, müharibənin gedişinə mənfi təsir göstərsə də, Ukrayna öz silah arsenalını genişləndirir və inkişaf etdirir. Rusiya intensiv hücumlarını davam etdirsə də, Patriot sistemlərinin Ukraynaya verilməsi müharibənin gedişinə müsbət təsir göstərə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə