"Həftə sonuna qədər razılaşma ola bilər" - Fidandan AÇIQLAMA

"Həftə sonuna qədər razılaşma ola bilər" - Fidandan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran ətrafındakı vəziyyət barədə danışıb. Türkiyəli nazir bəyan edib ki, bu həftənin sonuna qədər İran və ABŞ arasında Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması mümkün ola bilər. H. Fidan qeyd edib ki, Hörmüz boğazının açılması əsas şərtlərdən biri idi və tərəflər bu istiqamətdə hərəkət etsələr də, prosesin praktik icrası ilə bağlı fərqli yanaşmalara malik idilər:

“Tərəflərdən biri özündən xəbərsiz müəyyən addımların atıldığını gördü, gəmilərə hücumlar baş verdi, gərginlik artdı və boğazın bloklanması ilə nəticələndi. Boğazdan keçidin tənzimlənməsi ümumi qarşılıqlı anlaşmaya əsaslanmalıdır."

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə