Tacikistan Azərbaycanla münasibətlərin müsbət dinamikasını qeyd edib. Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, bu məsələ XİN rəhbəri Sirojiddin Muhriddinin ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycan səfiri Əlimirzamin Əsgərovla görüşü zamanı müzakirə olunub.
Görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər. "Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb", - XİN-in məlumatında bildirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB